Böyük Poroşenko öldü

Aleksey Poroşenko 85 yaşında vəfat edib. 2006-2010-cu illərdə o, Ukraynanın Vinnitsa vilayət şurasının deputatı olub, 2012-ci ildə Ali Radaya keçirilən seçkilərdə iştirak edib.
Sputnik

BAKI, 16 iyun — Sputnik. Ukraynanın beşinci prezidenti Pyotr Poroşenkonun atası Aleksey Poroşenko vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı sabiq prezidentin rəhbərlik etdiyi "Avropa Həmrəyliyi" partiyasının mətbuat xidməti öz "Facebook" səhifəsində yerləşdirib.

Eyni zamanda bildirilir ki, Ukraynanın qəhrəmanı hemorragik insult keçirmişdi.

Aleksey Poroşenko 85 yaşında vəfat edib. 2006-2010-cu illərdə o, Ukraynanın Vinnitsa vilayət şurasının deputatı olub, 2012-ci ildə Ali Radaya keçirilən seçkilərdə iştirak edib.