CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirus Milli Məclisimizə də çatdı

Həmin iki əməkdaşın ünsiyyətdə olduğu həmkarları dəqiq müəyyən edilərək karantin rejiminin tələblərinə uyğun izolyasiya olunublar
Sputnik

BAKI, 16 iyun — Sputnik. Milli Məclisdə COVID-19 ilə bağlı əməkdaşlar arasında mütəmadi testlər aparılır.

Sputnik Azərbaycan xəbər verir ki, bu testlər nəticəsində Milli Məclisin İşlər İdarəsinin iki əməkdaşında COVID-19 testinin nəticəsi müsbət çıxıb.

Onlar dərhal həkim nəzarətinə götürülüblər. Həmin iki əməkdaşın ünsiyyətdə olduğu həmkarları dəqiq müəyyən edilərək karantin rejiminin tələblərinə uyğun izolyasiya olunublar.

Milli Məclisin COVID-19 testinin nəticəsi müsbət çıxan əməkdaşları özlərini yaxşı hiss edirlər. Onlarda hərarət və infeksiyanın digər əlamətləri müşahidə edilmir.