Süni zəkanı buna da qarışdırdılar: 1 dəqiqəyə koronavirus testi edəcək

Erşen Kavakın sözlərinə görə, tətbiq sayəsində xəstəliyin diaqnozu xətasız, daha az iş gücü ilə və daha qısa zamanda müəyyən edilə biləcək.
Sputnik

BAKI, 16 iyun — Sputnik. Türkiyədə genetik texnologiya şirkəti Genomize COVID-19 test analizini 30 dəfə sürətləndirən süni zəka tətbiqi yaradıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Səhiyyə Nazirliyi tərəfindən artıq istifadə edilməsinə başlanan və analiz müddətini 1 dəqiqəyə endirən COVID-19 tətbiqi koronavirusla mübarizə çərçivəsində test həyata keçirən bütün xəstəxanalara pulsuz olaraq təqdim ediləcək.

Böyük irəliləyiş: 10 manatlıq dərmanla bütün dünyanı xilas edəcəklərini deyirlər

COVID-19 tətbiqi gün ərzində 40 min test həyata keçirəcək. Bu tətbiq artıq Türkiyə Səhiyyə Nazirliyi tərəfindən istifadə edilir.

2014-cü ildə molekulyar bioloq və bioinformatika sahəsində doktorluq dərəcəsi almış Erşen Kavak tərəfindən yaradılna Genomize Türkiyənin öz genetik tərkibini nəzərə alaraq genom analizi həyata keçirə bilməsi üçün tətbiq və xidmətlər yaradır.

Erşen Kavak bildirib ki, Türkiyədəki tibb mütəxəssislərinə dəstək olmaq məqsədilə yaradılmış tətbiq bütün dünya ölkələrində istifadə edilə bilər.

Onun sözlərinə görə, tətbiq sayəsində xəstəliyin diaqnozu xətasız, daha az iş gücü ilə və daha qısa zamanda müəyyən edilə biləcək.