BAKI, 16 iyun — Sputnik. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsi koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazilərində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarını pozanların sayını açıqlayıb.
Sputnik Azərbaycan BDYPİ-nin məlumatına istinadla xəbər verir ki, 14.06.2020-ci il saat 00:00-dan 16.06.2020-ci il 06:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 635 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.