HADİSƏ

Güclü külək Bərdəni silkələdi

İri gövdəli çinar ağacının aşması nəticəsində “Nissan” markalı minik avtomobilinə yüngül ziyan dəyib.
Sputnik

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 16 iyun – Sputnik. İyunun 15-i günün ikinci yarısında Bərdə rayonunda müşahidə olunan qısa müddətli güclü külək irigövdəli çinar ağacını aşırıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Bərdə şəhərinin mərkəzində yerləşən Nüşabə küçəsində, Zərifə Əliyeva adına Texniki Təmayüllü Liseyin yaxınlığında qeydə alınıb.

Güclü külək Bərdəni silkələdi

İri gövdəli çinar ağacının aşması nəticəsində “Nissan” markalı minik avtomobilinə yüngül ziyan dəyib. Xoşbəxtlikdən aşan ağac ərazidə dayanmış avtomobilin üzərinə düşməyib, ön hissəsinə toxunub.

Hadisə yerinə cəlb edilən şəhər təsərrüfatının əməkdaşları qısa müddətdə operativ olaraq ərazini təmizləyiblər. Nəqliyyatın sərbəst hərəkəti təmin edilib.