CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Sevinc" aqronomlarının zəhmətini bu dəfə polis dəyərləndirdi

Balakən sakininin idarə etdiyi avtomobilə baxış keçirilən zaman sellofan torbada 790 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Sputnik

BAKI, 16 iyun — Sputnik. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyasında və saxlanmasında şübhəli bilinən Ş.Şeyxov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman ümumi çəkisi 8 kiloqrama yaxın olan 1391 ədəd çətənə bitkisi və qurutmaq üçün sərdiyi 1,5 kq qurudulmamış marixuana aşkar edilərək götürülüb.

Araşdırma zamanı Ş.Şeyxovun həmin narkotik vasitəni X.Novruzovla birlikdə əkib-becərdiyi məlum olub. X.Novruzov da şübhəli şəxs qismində saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış keçirilən zaman sellofan torbada 790 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.