CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda süni tənəffüs cihazına qoşulan koronavirus xəstələrinin sayı açıqlandı

İndiyədək ölkəmizdə 10 324 nəfər virusa yoluxub, 122 nəfər ölüb, 5 739 nəfər isə sağalıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 4 463 nəfərdir
Sputnik

BAKI, 16 iyun — Sputnik. Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 5 052 nəfər test edilib. TƏBİB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla da ölkədə koronavirusa qarşı test edilənlərin sayı 386 898 nəfərə çatıb. Son bir sutkada ölkədə 367 yeni yoluxma, 3 ölüm qeydə alınıb. Məlumata görə, hazırda reanimasiyada 132 nəfər müalicə alır, 30 nəfər isə süni tənəffüs cihazına qoşulub. Qeyd edək ki, indiyədək ölkəmizdə 10 324 nəfər virusa yoluxub, 122 nəfər ölüb, 5 739 nəfər isə sağalıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 4 463 nəfərdir.