CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhlükəsiz uçuş: İstanbul-Bakı reysinə virus arayışını bir neçə klinika verəcək

AZAL-ın İstanbuldan Bakıya reyslərində COVID-19-a dair neqativ nəticə barədə arayışı etibarlı hesab edilən Türkiyə klinikalarının siyahısı genişlənib.
Sputnik

BAKI, 15 iyun — Sputnik. Azərbaycan Hava Yolları” (AZAL) 17 və 18 iyun tarixlərində Bakı - İstanbul - Bakı istiqamətində xüsusi reyslər yerinə yetirəcək.

TƏBİB könüllü axtarışında - Koronavirusla mübarizədə personal çatmır

Bu barədə Sputnik Azərbaycan-a AZAL-dan bildirilib.

Məlumata görə, uçuş zamanı qeydiyyat masasında COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir.

AZAL-ın İstanbuldan Bakıya reyslərində COVID-19-a dair neqativ nəticə barədə arayışı etibarlı hesab edilən Türkiyə klinikalarının siyahısı genişlənib. Laboratoriyaların tam siyahısı ilə burada tanış ola bilərsiniz: https://covid19bilgi.saglik.gov.tr/tr/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi.

Bakıdan uçuş zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyaların verdiyi arayışlar etibarlı hesab olunur. Hər iki halda test reysin uçuşundan ən gec 48 saat əvvəl verilməlidir. 

Xatırladırıq ki, hər bir istiqamətdə reysə 150 sərnişin qəbul ediləcək. Bakı-İstanbul-Bakı istiqamətində reyslərə aviabilet satışı aviaşirkətin www.azal.az saytında açılacaq. Bakı-İstanbul reysinə aviabiletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər. İstanbul-Bakı reysinə yalnız Azərbaycan vətəndaşları buraxılacaq.