BAKI, 15 iyun – Sputnik. Kür çayının Tovuz rayonundan keçən hissəsində 2 nəfər batıb.
Sputnik Azərbaycan-ın "Report"a istinadla məlumatına görə, çayın rayonun Hümanlılar kənd ərazisindən keçən hissəsində 2 nəfərin suda boğulduğu bildirilir. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Çayda batan şəxslər 1974-cü il təvəllüdlü Abulbəyli kənd sakini Həsənov Namiq Əli oğlu və 1986-cı il təvəllüdlü İsnaylov Abbas Hüseyn oğludur.
Hadisənin təfərrüatları araşdırılır.