SƏHİYYƏ

Azərbaycanda çox ağır koronavirus xəstələrinin sayı açıqlandı

Hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 132, süni tənəffüs aparatına qoşulan koronavirus xəstələrinin sayı isə 30 nəfərdir. 
Sputnik

BAKI, 15 iyun – Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) iyunun 15-nə olan məlumata əsasən, Azərbaycanda reanimasiyada və süni tənəffüs aparatına qoşulan koronavirus xəstələrinin sayı açıqlayıb.

Azərbaycanda koronavirusa yoluxanların sayı 10 mini keçdi: Yenə ölənlər var

Spurnik Azərbaycan xəbər verir ki, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 132, süni tənəffüs aparatına qoşulan koronavirus xəstələrinin sayı isə 30 nəfərdir. 

Qeyd edək ki, hazırda xüsusi rejimli xəstəxanalarda müalicə olunan 4 463 nəfər aktiv xəstə var.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 367 nəfərdə koronavirus aşkarlanıb, 156 nəfər sağalıb, 3 nəfər isə ölüb.

Bununla da indiyədək ölkəmizdə koronavirusa yoluxanların sayı 10 324 nəfərə, sağalanların sayı 5 739 nəfərə, ölənlərin sayı isə 122 nəfərə çatıb.

Azərbaycanda indiyə qədər koronavirusa görə aparılan testlərin sayı məlum olub.

Bu gün 5 052 koronavirus testi aparılıb. Hazırkı dövrədək ölkəmizdə yeni yoluxma hallarının müəyyənləşdirilməsi üçün ümumilikdə 386 898 test aparılıb.