Normal həyata qayıtmaq üçün... bir il gərəkdir

Fauçinin sözlərinə görə, pandemiyanın qarşısının alınması üçün tədbirlər görülməsə, tammiqyaslı alovlanma mümkündür
Sputnik

BAKI, 15 iyun — Sputnik. ABŞ Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi ölkənin normal həyata qayıdacağı vaxtı açıqlayıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə o, The Telegraph-a danışıb.

Onun fikrincə, “normal həyata bənzər bir şey” təxminən bir il sonra qayıdacaq. ABŞ-ın baş infeksionisti əlavə edib ki, bu müddət ərzində xəstəliyin yeni alovlanmaları ola bilər.

Fauçi deyib ki, Nyu-York, Detroyt, Çikaqo və Yeni Orlean kimi iri şəhərlərdə koronavirus ocaqlarını dəf etmək mümkün olub. Ancaq belə görünür ki, virus daha çox sürətlə yayılır. Fauçinin sözlərinə görə, pandemiyanın qarşısının alınması üçün tədbirlər görülməsə, tammiqyaslı alovlanma mümkündür.

Bir müddət öncə Fauçi Ümumdünya Səhiyyə Təşkilatının virusun ötürülməsi barədə məlumatını yanlış adlandırmışdı. Onun sözlərinə görə, simptomsuz daşıyıcıların nadir hallarda koronavirusa yoluxduğunu fikirləşən ÜST səhv yoldadır. O deyib ki, yoluxanların 25-45%-də heç bir əlamət müşahidə edilməyib.