BAKI, 14 iyun — Sputnik. İsrail Qolan təpəliklərində Ramat-Tramp adlı yaşayış məntəqəsi salmaq niyyətindədir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə ölkənin Baş naziri Binyamin Netanyahu parlamentin açılış iclasında deyib.
Məntəqə ABŞ Prezidenti Donald Trampın şərəfinə adlandırılacaq, Netanyahu qeyd edib.
Xatırladaq ki, 2019-cu ilin aprelində Amerika lideri Donald Tramp əvvəllər Suriyaya məxsus olan Qolan təpəlikləri üzərində İsrailin suverenitetini tanıyan deklarasiya imzalamışdı.