BAKI, 14 iyun — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsində Milli Qurtuluş Günü - 15 İyun münasibətilə paylaşım edilib.
Sputnik Azərbaycan xəbər verir ki, paylaşımda ulu öndər Heydər Əliyevin bu sözləri sitat gətirilib: “Müstəqil Azərbaycan dövləti bizim ən böyük sərvətimizdir!”
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da Azərbaycanın ən yeni tarixində növbəti mərhələ başlayıb. 15 iyun Azərbaycanın tarixinə Qurtuluş günü kimi daxil olub.
15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur və qeyri-iş günüdür.