HADİSƏ

Gəncədə əməliyyat: Yüksək vəzifəli şəxslər saxlanıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kəpəz rayon Dövlət Sosial Müdafiəsi İdarəsinin rəis müavini Bəyalı Xəlilov və orada çalışan daha bir nəfər - Elçin Ələkbərov saxlanılıblar. Bundan əlavə, şöbənin baş mühasibi və rəis müavininin də saxlanıldığı qeyd olunur. 
Sputnik

BAKI, 14 iyun – Sputnik. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhərində əməliyyat keçirilib.

Azərbaycanda daha bir vəzifəli şəxs həbs edildi

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, əməliyyat tədbirləri nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kəpəz rayon Dövlət Sosial Müdafiəsi İdarəsinin rəis müavini Bəyalı Xəlilov və orada çalışan daha bir nəfər - Elçin Ələkbərov saxlanılıblar.

Onlar işlərində ciddi nöqsanlara yol verməkdə və vətəndaşlara saxta yolla ünvanlı sosial yardım təyin etməkdə şübhəli bilinirlər.

Bundan əlavə, şöbənin baş mühasibi və daha 2 nəfərin saxlanıldığı qeyd olunur. 

DSMF-nin Kəpəz rayon Şöbəsinin rəisi Ülfət Əhmədov isə tutduğu vəzifədən azad olunub.