BAKI, 14 iyun — Sputnik. Qaradağ rayonu Səngəçal qəsəbəsində sərt karantin qaydalarını pozaraq çimərliyə gedən 8 nəfər müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin şəxslər saxlanılıblar.
Onlar İnzibati Xətalar Məсəlləsinin müvafiq maddəsi ilə cəzalandırılıblar.
Qeyd edək ki, Azərbaycanda çimərlik mövsümü iyunun 15-dən başlanır. Ölkədə isə 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək (ümumilikdə 54 saat) Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edilib.