BAKI, 14 iyun — Sputnik. Türkiyənin şərqindəki Bingöl vilayətində baş verən 5.7 bal gücündə zəlzələdə bir nəfər həyatını itirib.
Sputnik Türkiyə xəbər verir ki, bu barədə vilayət rəhbərliyindən bildirilib.
Türkiyə Daxili işlər naziri Süleyman Soylu bildirib ki, Karlıova rayonunda bir gözətçi qülləsi uçub, bir əməkdaş dağıntılar altda qalıb, iki nəfər isə xəsarət alıb.
“Təəssüf ki, dağıntılar altında qalan əməkdaşımızı xilas edə bilmədik”, - Bingöl vilayət rəhbərliyinin məlumatında deyilir.
Qeyd olunur ki, zəlzələ nəticəsində bir neçə kənddə evlər uçub, ən azı 9 nəfər yaralanıb.
Türkiyə FHN (AFAD) fəlakət bölgəsinə 550 çadır göndərib.