BAKI, 14 iyun — Sputnik. Çeçenistanda koronavirusun yayılması əleyhinə qəbul edilən məhdudlaşdırıcı qaydaları pozanların cəzaları sərtləşdiriləcək. Belə ki, Respublikanın başçısı Ramzan Kadırov uzun maşın karvanlarındankı maşınların müsadirə edilməsi barədə əmr verib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə “Kavkazskiy uzel” yazır.
Operativ qərargahın iclası zamanı Ramzan Kadırov toy məclislərinin təşkilatçılarını tənqid edib.
“Mən dedim ki, onların maşınlarını əllərindən alın. Əllərindən alıb aparıb satın”, - deyə Çeçenistan rəhbəri əmr verib. Onun sözlərinə görə, bu satışdan əldə edilən gəliri isə həkimlərə dəstəkləmək üçün yönəltmək lazımdır.
Kadırov eləcə də deyib ki, kim qaydaları pozubsa, koronavirusa yoluxan insanların saxlandığı xəstəxanalarda könüllü kimi işləməlidir.
Çeçenistan müftiliyinin başçısının sözlərinə görə, Ramzan Kadırovu özündən çıxaran hadisə bir neçə gün əvvəl baş verib. Gəlini limuzində aparırmışlar, kortejdə də bir neçə maşın varmış. Məlum olub ki, toy təşkilatçıları imamı aldadıblar, onlar nikahı gəlini gətirməyə gedəcəkləri gündən bir gün əvvəl kəsdirməyi istəyiblər. İmamı da əmin ediblər ki, gəlinin arxasınca cəmi iki maşın göndərəcəklər.
Mayın əvvəlində Kadırov özünütəcrid qaydalarını pozanları fərqli qaydada cəzalandırmağı təklif etmişdi. Onun fikrincə, koronavirusla mübarizəyə məhəl qoymayanlara qarşı cəzalar srtləşməlidir. O tövsiyə eləmişdi ki, “kim elə-belə gəzməyə çıxıbsa”, onların maşınlarını əllərindən alıb, özlərini də islah işlətinə yönəltmək lazımdır.