RUSİYA

Putin yeni silah haqda – Bizim onlara sürprizimiz olacaq

“Bir daha təkrar edirəm: hipersəs silahına qarşı müdafiə vasitəsi bizdə o zaman peyda olacaq ki, dünyanın aparıcı ölkələri həmin silahın özünü yarada biləcəklər”, - Putin
Sputnik

BAKI, 14 iyun — Sputnik. Başqa ölkələr hipersəs silahını yaradanda, çox böyük ehtimalla, Rusiyanın artıq ona qarşı mübarizə aparmaq üçün vasitəsi olacaq.

Sputnik Azərbaycan bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin müsahibəsində bildirib. Müsahibənin fraqmenti “Vesti Nedeli” verilişində yayımlanıb.

“O (hipersəs silahı) peyda olacaq. Amma fikirləşirəm ki, biz parntyorlarımızı təəccübləndirəcəyik: onlarda bu cür silah hazır olanda, çox böyük ehtimalla, bizim artıq ona qarşı mübarizə aparmaq üçün başqa bir vasitəmiz olacaq”, - Rusiya lideri deyib.

O qeyd edib ki, hazırda heç kim hipersəs raketlərini vura bilmir.

“Bu gün onları kimsə vura bilmir. Sürət o qədərdir ki, onlar ələkeçməzdir. Bizim hazırkı durumumuzun unikallığı da elə bundadır. Bir daha təkrar edirəm: hipersəs silahına qarşı müdafiə vasitəsi bizdə o zaman peyda olacaq ki, dünyanın aparıcı ölkələri həmin silahın özünü yarada biləcəklər”, - Putin yekunlaşdırıb.