Zəlzələ İranı da silkələdi

Zəlzələnin episentri İranın Fars əyalətində, Beyram yaşayış məntəqəsindən 17 km aralıda, 16 km dərinlikdə baş verib
Sputnik

BAKI, 14 iyun — Sputnik. İranın cənubunda 5.1 ballıq zəlzələ baş verib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə ölkənin seysmoloji xidməti məlumat verib.

Seysmoloqların məlumatına görə, təkanlar yerli vaxtla 22:35-də qeydə alınıb.

Zəlzələnin episentri İranın Fars əyalətində, Beyram yaşayış məntəqəsindən 17 km aralıda, 16 km dərinlikdə baş verib.

Qeyd edək ki, bu gün Türkiyənin şərqində də ilki 5.74 bal gücündə olmaqla, ard-arda üç zəlzələ baş verib. Evlər dağılıb, 1 nəfər ölüb, 9 nəfər yaralanıb.