Onları nə gözlədiyi indidən bəllidir! Şeytana sitayiş edənlər həbs edildi

Əməliyyat zamanı həmin qrupa aid 11 avtomobil ələ keçirilib, qrupun lideri olmaqda günahlandırılan bir şəxs də tutulub
Sputnik

BAKI, 13 iyun — Sputnik. İranın Mazandaran əyalətində şeytana sitayiş (satanist) etməkdə günahlandırılan 42 nəfər həbs edilib.

Sputnik Azərbaycan "TRThaber"ə istinadla xəbər verir ki, hadisə ilə bağlı Mazandaran əyalətinin Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda deyilir ki, Çalus rayonunda satanist ayinləri həyata keçirən bir qrupa qarşı əməliyyat keçirilib və 14-ü qadın olmaqla 42 nəfər həbs edilib.

Əməliyyat zamanı həmin qrupa aid 11 avtomobil ələ keçirilib, qrupun lideri olmaqda günahlandırılan bir şəxs də tutulub.