Zelenski ailəsində koronavirus

Prezidentin ofisindən bildirilib ki, birinci xanım rəsmi görüşlərdə həmişə karantin qaydalarına və ÜST-ün tövsiyələrinə əməl edib
Sputnik

BAKI, 12 iyun — Sputnik. Ukrayna Prezidentinin Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenski koronavirusa yoluxub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Ukrayna liderinin "Telegram" kanalında yerləşdirilib.

Yelena Zelenskaya özünü yaxşı hiss edir, xəstəlik simptomsuz keçir. Hazırda o, ambulator müalicədədir və ailənin digər üzvlərindən təcrid olunub. Prezidentin ofisindən bildirilib ki, birinci xanım rəsmi görüşlərdə həmişə karantin qaydalarına və ÜST-ün tövsiyələrinə əməl edib.

Ukrayna lideri və onun uşaqları da testdən keçiriliblər, onların nəticələri mənfidir.