CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çimərlik mövsümünü "iplə çəkənlər" elə iplə də qarşılaşacaqlar

Çimərlik taxtaları arasında 2 metr, çətirlər arasında isə 4 metr məsafə nəzərdə tutulub. Vətəndaşlar arasında sosial məsafənin qorunması üçün ərazidə iplər çəkilib
Sputnik

BAKI, 12 iyun — Sputnik. Qaradağ, Səbail, Binəqədi, Xəzər rayonlarında ötən il yaradılmış 6 ictimai çimərlik dəniz mövsümünə tam hazırdır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib

Qeyd edilib ki, artıq çimərlik ərazilərində qaydalar barədə məlumatlandırma lövhələri vurulub.

Xatırladaq ki, çimərlik taxtaları arasında 2 metr, çətirlər arasında isə 4 metr məsafə nəzərdə tutulub. Vətəndaşlar arasında sosial məsafənin qorunması üçün ərazidə iplər çəkilib.

İyunun 15-dən sonra çimərlikdə tibb məntəqələri də fəaliyyət göstərəcək.

Qeyd edək ki, iyun ayının 15-dən ölkədə çimərlik mövsümünə start veriləcək.