CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı sabiq naziri küçədə döydülər

Rəhim Qazıyevin xəsarət alması ilə bağlı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb
Sputnik

BAKI, 12 iyun — Sputnik. Azərbaycanın keçmiş Müdafiə naziri Rəhim Qazıyev küçədə hələlik kimliyi bəlli olmayan şəxslərin hücumuna məruz qalıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, "Azadlıq" qəzeti sosial şəbəkədə insidentdən foto paylaşaraq R.Qazıyevin başından yaralandığını yazıb. Vətəndaşlar ona yardım göstərib, polisə və təcili yardıma müraciət ediblər.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev isə APA-ya açıqlamasında bildirib ki, sabiq Müdafiə naziri Rəhim Qazıyevin xəsarət alması ilə bağlı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb.

O deyib ki, faktın törədilməsində ehtimal olunan şübhəli şəxs var. “Hazırda araşdrımalar davam etdirilir”, - deyə E.Hacıyev vurğulayıb.