CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkə başçısı AAYDA-ya yenə vəsait ayırdı, bu dəfə...

Avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 900 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb
Sputnik

BAKI, 12 iyun — Sputnik. Prezident İlham Əliyev iyunun 12-də "Şabran rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (4 km)–Şahnəzərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən, Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (4 km)–Şahnəzərli avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 900 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.