BAKI, 12 iyun — Sputnik. Bu gün Azərbaycanda daha 336 nəfərdə koronavirusa yoluxma faktı təsdiqlənib. Sputnik Azəraycan-ın məlumatına görə, bu haqda Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) şöbə müdiri Vasif Əliyev bildirib. V.Əliyev qeyd edib ki, bu gün 183 nəfər sağalıb, 5 nəfər vəfat edib.
Ölkəmizdə hazırkı dövrədən ümumilikdə 9218 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 5113 nəfər müalicə olunaraq sağalıb, 113 nəfər vəfat edib.