Koronavirusun ilk dalğası nə vaxt bitir?

Mütəxəssis dəqiqləşdirib ki, belə proqnozları yalnız riyazi üsullarla qurmaq olmaz və qeyd edib ki, epidemiyanın bitməsi üçün ciddi meyarlar yoxdur.
Sputnik

BAKI, 12 iyun — Sputnik. Koronavirus epidemiyasının ilk dalğası sona çatır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə tibb elmləri doktoru, Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin professor-virusoloqu Anatoli Altşteyn "Danışır Moskva" radiostansiyasının efirində bildirib.

"Bu dalğanın sonu həqiqətən iyulun axırı-avqustun əvvəlində gözlənilə bilər. Buna bənzər görünür", - Altşteyn deyib. Lakin o əlavə edib ki, buna tam əmin olmaq olmaz.

Mütəxəssis dəqiqləşdirib ki, belə proqnozları yalnız riyazi üsullarla qurmaq olmaz və qeyd edib ki, epidemiyanın bitməsi üçün ciddi meyarlar yoxdur.

O vurğulayıb ki, bu vəziyyətdə fasiləsiz nəzarət lazımdır. Bundan başqa, epidemioloqun fikrincə, virusun yayılmasının ikinci dalğası qaçılmazdır və bu, payız və ya qış aylarında baş verə bilər.

"Virus heç bir yerə getməyəcək. Bu virusun elə xüsusiyyətləri var ki, onun asanlıqla gedəcəyi bəlli deyil", - Altşteyn bildirib.