CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çimərlikdə boş yer olub-olmadığını belə öyrənə biləcəyik

"Hər bir çirməlikdə bununla məşğul olan şəxslər olmalıdır ki, nəzarət tənzimlənsin" - Elgün Həbibullayev
Sputnik

BAKI, 12 iyun — Sputnik. "Gündəlik çimərliklərdə monitorinqlər aparılır".  Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgün Həbibullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. O bildirib ki, hər bir çirmərlikdə bununla məşğul olan şəxslər olmalıdır ki, nəzarət tənzimlənsin. Çimərliklərdə bununla bağlı reydlər keçiriləcək".

Elgün Həbibullayev deyib ki,  Bakıda 6 ictimai çimərlik artıq hazırdır və bütün işlər görülüb.

O qeyd edib  ki, çimərliklərlə bağlı sistem də hazırlanır. Həmin sistem vasitəsilə vətəndaş çimərlikdə yer olub-olmadığını əvvəldən öyrənə biləcək. Bunun üçün şəxsiyyət vəsiqəsinin fin kodunu daxil edərək məlumat ala bilər.