Yoxsulluq həddindən aşağıda - COVID-19 kimi daha sərt vuracaq?

Georgiyeva böhranın ötən üç il ərzində yoxsulluğun azaldılmasında əldə edilmiş bütün nailiyyətlərin üstündən xətt çəkəcəyini deyib.
Sputnik

 

BAKI, 12 iyun — Sputnik. Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva hesab edir ki, koronavirusla bağlı iqtisadi böhran bütün dünyada 100 milyona qədər insanın yoxsulluq həddindən aşağı səviyyəyə düşməsinə gətirib çıxara bilər.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Georgiyeva bunun ötən üç il ərzində yoxsulluğun azaldılmasında əldə edilmiş bütün nailiyyətlərin üstündən xətt çəkəcəyini vurğulayıb.

O, şübhə etmir ki, böhran artıq onsuz da ən zəif olanlara zərbə vurur.

BVF rəhbəri əlavə edib ki, pandemiya gəlir bərabərsizliyində əhəmiyyətli artıma səbəb ola bilər.