CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əgər karantin dövründə işə çıxırsınızsa...

Əməkdaşlar COVID-19 haqqında maarifləndirilməli, ofisdə gigiyenaya riayət etməyə təşviq etməklə bağlı posterlər yerləşdirilməlidir
Sputnik

 

BAKI, 12 iyun — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ofis daxilində koronavirusdan qorunmaq üçün qaydaları açıqlayıb. TƏBİB-dən Sputnik Azərbaycan-a bildirilib ki, ofis binalarının əməkdaşları, sahibkarlar və menecerlər ofis daxilində COVID-19 infeksiyasından qorunmaq üçün bu qaydalara əməl etməlidirlər:

- Əməkdaşlar COVID-19 haqqında maarifləndirilməli, ofisdə gigiyenaya riayət etməyə təşviq etməklə bağlı posterlər yerləşdirilməlidir.

- Xəstəliyi olan əməkdaşlar ofis binasına buraxılmamalı və evdə izolyasiya olunmasına şərait yaradılmalıdır.

- Ofisdə asqırarkən və ya öskürərkən ağız və burun birdəfəlik salfetlə örtülməlidir.

- Ofis birdəfəlik salfetlərin atılması üçün qapalı zibil qabları ilə təmin olunmalıdır.

- Ofis əlləri dezinfeksiya etmək üçün içində dezinfeksiyaedici məhlul olan dispenserlərlə təchiz olunmalıdır.