CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir həkim koronavirusdan vəfat etdi

Vəziyyəti ağırlaşdığından Bakıya gətirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Sputnik

BAKI, 12 iyun — Sputnik. Gəncə Şəhər 3 saylı Xəstəxananın həkim-travmotoloqu Mehman Hüseynov COVID-19-dan vəfat edib. Sputnik Azərbaycan-ın məlumatına görə, 1970-ci il təvəllüdlü həkim əvvəlcə Goranboy xəstəxanasına aparılıb. Daha sonra vəziyyəti ağırlaşdığından Bakıya gətirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.