İQTİSADİYYAT

Dollar istəyən yoxdur - Bankların tələbi kəskin azalıb

Sonuncu valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 22,8% və ya 12 mln. dollar azalıb. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Sputnik

BAKI, 11 iyun — Sputnik. Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, hərracda tələb 40,7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 22,8% və ya 12 mln. dollar azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, 09 iyun 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 52,7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.