SƏHİYYƏ

TƏBİB könüllü axtarışında - Koronavirusla mübarizədə personal çatmır

Yalnız III, IV , V və VI kurs tələbələri və rezidentlər müraciət edə bilərlər. Könüllü işlər həm ofis, həm də xəstəxanada həyata keçirilə bilər
Sputnik

BAKI, 11 iyun — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tibb tələbələri və rezidentlərə müraciət edib. TƏBİB-in mətbuat katibi Rəvanə ƏliyevaSputnik Azərbaycan-a  bildirib ki, koronavirusla mübarizədə dövlətimizə və fədakar həkimlərimizə dəstək olmaq, yeni biliklər qazanmaq istəyənlər bizə qoşula bilərlər:

“Könüllü xidmət üçün yalnız III, IV , V və VI kurs tələbələri və rezidentlər müraciət edə bilərlər. Könüllü işlər həm ofis, həm də xəstəxanada həyata keçirilə bilər”.

Könüllü olmaq istəyənlər aşağıdakı linkdə qeydiyyatdan keçə bilərlər.