BAKI, 11 iyun — Sputnik. Sabah Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçiriləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, iclasın gündəliyinə 7 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
2. "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
3. Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
4. Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Yerin təki haqqında" və "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. Mülki Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və "Reklam haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).