RUSİYA

İrəliləyiş var! Koronavirus dərmanının ilk partiyası Rusiya xəstəxanalarına verilib

Dərmanı artıq ondan çox ölkə də sifariş edib. Klinik sınaqlara görə dərman dünyanın ən perspektivli preparatlarından biridir.
Sputnik

BAKI, 11 iyun — Sputnik. Rusiyanın Birbaşa İnvestisiyalar Fondu (RBİF) və "XimRar" şirkətlər qrupu koronavirusa qarşı "Avifavir" preparatının ilk partiyasını Rusiya xəstəxanalarına çatdırıb.

Rusiyada koronavirusa yoluxanların sayı yarım milyonu keçdi

Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, dərman Moskva, Leninqrad, Novqorod, Kirov, Nijni Novqorod vilayətlərinin, Tatarıstan Respublikasının və Yekaterinburqun klinikalarına verilib.

Xəstəxanalara ayın sonuna qədər 60 min "Avifavir" qablaşdırması daxil olacaq. Lazım olsa, dərmanın istehsalı ildə iki milyona qədər artırıla bilər.

"Avifavir" dərmanının rəqəmsal "Data Matrix" kodu var. Markalanma dərman pasportunun analoqudur, dərmanın əsl olduğunu təsdiq edir və hər qablaşdırmanın istehsaldan aptekə və ya tibbi müəssisəyə qədər olan yolunu izləməyə imkan verir.

Onun əsl olmasını "Çestnıy znak" mobil tətbiqi ilə yoxlamaq olar.

"Favipiravir" dərmanına əsaslanan "Avifavir" koronavirusa qarşı dünyada qeydiyyatdan keçmiş iki dərmandan biridir. O, klinik sınaqlarda effektivliyini sübut edib. Mayda dərman Rusiya Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. Hələ ki, onu aptekdə almaq olmaz, o yalnız stasionar xəstələrə həkim nəzarəti altında verilir.

"Avifavir" icbari tibbi sığorta proqramı üzrə rusiyalılar üçün pulsuz olacaq. Dərmanı artıq ondan çox ölkə də sifariş edib. Klinik sınaqlara görə dərman dünyanın ən perspektivli preparatlarından biridir.