Ermənistanda qorxunc vəziyyət: 566 yeni yoluxma, 18 ölü

Ümumilikdə bu virusdan ölənlərin sayı 245-ə çatıb. Xəstəlikdən sağalanların sayı 5466 olub. Hazırda bu ölkədə olan 8857 nəfər xəstəxanada müalicə alır.
Sputnik

BAKI, 11 iyun — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 14669-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

İrəliləyiş var! Koronavirus dərmanının ilk partiyası Rusiya xəstəxanalarına verilib

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 566 nəfər artıb.

Ermənistanda son gündə daha 18 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 245-ə çatıb. Xəstəlikdən sağalanların sayı 5466 olub. Hazırda bu ölkədə olan 8857 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 1 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 828-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 7,3 milyonu keçib, 416 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.