SƏHİYYƏ

Şad xəbər: COVID-19 vaksini ümidverici nəticələr göstərib

Tədqiqatçıların araşdırmasına görə, vaksin SARS-CoV-2-dən müdafiəni təmin etmək üçün yüksək səviyyədə neytrallaşdırıcı anticisimlərin yaranmasına səbəb olur.
Sputnik

BAKI, 11 iyun — Sputnik. Çin alimləri tərəfindən hazırlanmış BBIBP-CorV adı ilə tanınan potensial COVID-19 vaksini meymunlarda və digər heyvanlarda perspektivli nəticələr göstərib. Sputnik xəbər verir ki, testin 1000-dən çox insan üzərində sınağına da start verilib.

Koronavirusun mənbəyinin Çində olduğunu deyə bilmərik – Səfir

Tədqiqatçıların "Cell" jurnalında dərc edilmiş araşdırmasına görə, vaksin "SARS-CoV-2-dən müdafiəni təmin etmək üçün siçanlarda, siçovullarda, dəniz donuzcuqlarında, dovşanlarda və qeyri-insan primatlarda (sinomolqus meymunlarında və makak-rezuslarda) yüksək səviyyədə neytrallaşdırıcı anticisimlərin yaranmasına səbəb olur".

Hal-hazırda bütün dünyada 100-dən çox COVID-19 vaksini hazırlanır. Ən perspektivli vaksin namizədləri əczaçılıq nəhəngi "AstraZeneca" ilə birlikdə hazırlanan Oksford Universitetinin vaksini, Çinin "CanSino Biologics" şirkətinin vaksini və Amerikanın "Moderna" əczaçılıq firmasının "mRNA" vaksinidir.