CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu Mərkəzlər 14-15 iyun tarixlərində işləməyəcək

14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək
Sputnik

BAKI, 11 iyun — Sputnik. DOST mərkəzləri və 142 Çağrı Mərkəzi 13 iyun saat 10:00-dan 13:00-dək fəaliyyət göstərəcək.

DOST Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Nazirlər Kabinetinin qərarına əsasən, 14 və 15 iyun tarixlərində DOST mərkəzləri və Çağrı Mərkəzi 142 fəaliyyət göstərməyəcək: "Vətəndaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi tələb və qaydalarına əməl etməyə, özlərinin və yaxınlarının sağlamlığını qorumağa çağırırıq".

Qeyd edək ki, 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.