CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağstafa polisində kütləvi təmizləmə - Rəhbər heyət işdən çıxarıldı

Bir müddət əvvəl  Ağstafa RPŞ-nin rəisi Elsevər Əli oğlu Aslanov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb.
Sputnik

BAKI, 11 iyun — Sputnik. Ağstafada polisində kütləvi təmizləmə - Rəhbər heyət işdən çıxarıldı

Bakı sakininə "dovşansan" deyən polis əməkdaşı işdən uzaqlaşdırıldı

Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) rəhbər heyəti tutduqları vəzifələrdən azad ediliblər.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, polis şöbəsinin Əməliyyat üzrə rəis müavini İlham Kərimov, Xidmət üzrə rəis müavini Cabir Ələsgərov, Şöbənin Post Patrul Xidməti üzrə Komandiri Qabil Ələsgərov, baş müstəntiqi Rəşad Məhərrəmov və Köçvəlili Polis Bölməsinin rəisi Vüqar Məmmədli işdən çıxarılıblar.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl  Ağstafa RPŞ-nin rəisi Elsevər Əli oğlu Aslanov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb.

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs edilib.