TƏHLİL

Rusiyalı səfir: “Azərbaycana yenə kömək etməyə hazırıq”

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyir ki, son vaxtlar səfirliyin iştirakı ilə Rusiya Federasiyasının 1 172 vətəndaşı, əsasən quru nəqliyyatı ilə Rusiya ərazisinə göndərilib
Sputnik

“Azərbaycan və Rusiya arasında vətəndaşların vətənlərinə qaytarılması məsələsində dərin anlayış mövcuddur”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında deyib.

“Səfirlik Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah ilə əməkdaşlıq edir və bu məsələdə addımlarını əlaqələndirir, üstəlik, vəziyyət hər iki ölkənin prezidentləri tərəfindən də nəzarətə götürülüb. Hazırda Azərbaycanda vətənlərinə qayıtmaq istəyən Rusiya vətəndaşlarının sayı çoxdur. Hazırda, siyahımıza əsasən, geri qayıtmaq üçün 4 mindən çox müraciət var. Ümumilikdə, son vaxtlar səfirliyin iştirakı ilə Rusiya Federasiyasının 1 172 vətəndaşı, əsasən quru nəqliyyatı ilə Rusiya ərazisinə göndərilib. Bir dəfə də “Aeroflot”un reysi təşkil edilib. Rusiya 12 min tədqiqat üçün 120 dəst test sistemini Azərbaycan tərəfinə təmənnasız əsasda verib. Lazım gələrsə, yenə kömək etməyə hazırıq” – deyə səfir bildirib.

Mixail Boçarnikovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz