HADİSƏ

İçkinin sonu: Maşını divara çırpdı, özü ölmədi, dayısını öldürdü

Kənd sakini, “Aznar” MMC-də mühafizəçi işləyən, 1989-cu il təvəllüdlü İlqar Bağırlı sərxoş vəziyyətdə idarə etdiyi “Fiat” markalı avtomobili daş hasara çırpıb.
Sputnik

BAKI, 10 iyul – Sputnik. İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sumqayıtda ağır qəza: ölənlər var

Sputnik Azərbaycan APA-ya istinadlaxəbər verir ki, hadisə rayonun Kürdmaşı kəndində qeydə alınıb.

Kənd sakini, “Aznar” MMC-də mühafizəçi işləyən, 1989-cu il təvəllüdlü İlqar Bağırlı sərxoş vəziyyətdə idarə etdiyi “Fiat” markalı avtomobili daş hasara çırpıb.

Nəticədə, avtomobildə sərnişin qismində olan dayısı, 1963-cü il təvəllüdlü Mahir Osmanov hadisə yerində ölüb.

Faktla bağlı İsmayıllı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (sərxoş vəziyyətdə yol-istismar qaydasını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.