CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlər Kabinetinin yeni qərarı insanlarda heyvanlara sevgini artıracaq

14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək
Sputnik

BAKI, 9 iyun — Sputnik. “Sərt karantin rejimində vətəndaşlar ev heyvanlarını, itlərini istədikləri vaxt gəzdirə bilərlər”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, ancaq bu sərbəstlikdən sui-istifadə olunmamalıdır.

Qeyd edək ki, yoluxma hallarının artması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün qəbul etdiyi qərarla 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan  rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.