CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıya sızmaq istəyən "partizan"ları tutdular - FOTO

İki nəfər sərnişinləri Ələt qəsəbəsindəki karantin postuna bir neçə kilometr qalmış avtomobildən düşürürmüşlər. Burada isə onları mikroavtobuslara mindirərək posta daxil olmadan müxtəlif yollarla paytaxta gətirirmişlər
Sputnik

BAKI, 9 iyun — Sputnik. Bölgələrdə qeydiyyatda olan şəxsləri qeyri-qanuni yollarla Bakı şəhərinə gətirən sərnişin mikroavtobuslarının sürücüləri saxlanılıblar.

Bu barədə məlumatı Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidməti verib. Məlumata görə, onların bu hərəkəti ölkədə tətbiq edilən sanitar-karantin qaydalarına ziddir.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakinləri Şərkan Kamalov, Şamo Şamilov, Sumqayıt şəhər sakini Elçin Əliyev və Füzuli rayon sakini Hafiz Ağayev tutulublar.

Bakıya sızmaq istəyən "partizan"ları tutdular - FOTO

Araşdırma zamanı müəyyən olunub ki, Hafiz Ağayev və Elçin Əliyev sərnişinləri əvvəlcədən razılaşdırdıqları kimi Ələt qəsəbəsindəki karantin postuna bir neçə kilometr qalmış avtomobildən düşürürmüşlər. Burada isə sərnişinləri Şərkan Kamalov və Şamo Kamilov idarə etdikləri mikroavtobuslara mindirərək posta daxil olmadan müxtəlif yollarla paytaxta gətirirmişlər. 

Bakıya sızmaq istəyən "partizan"ları tutdular - FOTO

Qeyd edilən faktlarla bağlı dəstə üzvlərinin hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək  məhkəmənin qərarı ilə 30 sutka inzibati qaydada həbs ediliblər.