CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaxda 3 ton narkotik vasitə məhv edilib

Ümumi çəkisi 3 ton olan 6200 ədəd çətənə kolu kökündən çıxarılıb, daha sonra isə yandırılaraq məhv edilib.
Sputnik

BAKI, 9 iyun — Sputnik. Qax Rayon Polis Şöbəsi əməkdaşlarının və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Almalı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun məlumatına istinadla xəbər verir ki, ümumi çəkisi 3 ton olan 6200 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.