RUSİYA

Məşhur rusiyalı aktyor ölümlə nəticələnən qəza törədib - VİDEO

"Jeep Grand Cherokee" avtomobilinin sükanı arxasında olan Yefremov qarşıdan gələn hərəkət zolağına çıxıb və "Lada" markalı furqon ilə toqquşub.
Sputnik

BAKI, 9 iyun — Sputnik. Məşhur rusiyalı aktyor Mixail Yefremovun iştirakı ilə yol-nəqliyyat hadisəsində zərər çəkmiş sürücü vəfat edib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə məlumatı Sklifosovski adına Elmi Tədqiqat İnstitutu yayıb. 

Sonradan bu məlumatı Daxili İşlər Nazirliyində də təsdiqləyiblər.

Qəza iyunun 8-də yerli vaxtla saat 21:44-də Smolensk meydanındakı 3 nömrəli evin yaxınlığında baş verib. "Jeep Grand Cherokee" avtomobilinin sükanı arxasında olan Yefremov qarşıdan gələn hərəkət zolağına çıxıb və "Lada" markalı furqon ilə toqquşub.

Furqonun sürücüsü yaralanıb, o, təcili olaraq qapalı kəllə-beyin xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Ekspertiza aktyorun sərxoş olduğunu göstərib. O, özü zərər görməyib.

Yefremova qarşı ittiham irəli sürülüb və o, 12 ilədək azadlıqdan məhrum ola bilər.

Rusiya Federasiyasının Əməkdar artisti Mixail Yefremov Sovet və Rusiya teatr və kino aktyoru, teatr rejissoru və televiziya aparıcısıdır.