İQTİSADİYYAT

Neftin qiymətində sabitlik yoxdur

"Brent" markalı neftin qiyməti 0,26 dollar artaraq 41,04 dollar, "Light" markalı neftin qiyməti isə 0,31 dollar bahalaşaraq 38,50 dollar olub.
Sputnik

BAKI, 9 iyun — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin qiyməti 0,97 dollar ucuzlaşaraq 42,41 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,26 dollar artaraq 41,04 dollar, "Light" markalı neftin qiyməti isə 0,31 dollar bahalaşaraq 38,50 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.