BAKI, 8 iyun — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə tövsiyələr verib. Sputnik Azərbaycan-ın məlumatına görə, TƏBİB bu tövsiyələrini sosial şəbəkədəki səhifəsi vasitəsilə sərnişinlərə çatdırıb:
"İctimai nəqliyyatdan istifadə edirsinizsə, özünüzü və başqalarını qorumaq üçün COVID-19 infeksiyasının yayılmasının azalmasında nələri etməyin praktik və mümkün olduğunu düşünün. TƏBİB sizə aşağıdakıları tövsiyə edir:
- Xəstəsinizsə, evdə qalın
- İctimai nəqliyyatda fiziki məsafə saxlamaq çətin olduğundan, mütləq maskadan istifadə edin
- Tranzit stansiyanı tərk edərkən və son dayanacaqda əl gigiyenasına riayət edin. Əllərinizi spirt əsaslı dezinfektantla təmizləyin".