BAKI, 8 iyun — Sputnik. ABŞ-ın sabiq dövlət katibi Kolin Pauel Prezident Donald Trampın Rusiyanı "G7" təşkilatına dəvət etmək ideyasını şərh edərkən Moskvanı Vaşinqtonun düşməni hesab etmədiyini bildirib.
Sputnik Azərbaycan xəbər verir ki, CNN telekanalının efirində Paueldən dövlət başçısının Rusiya nümayəndə heyətini "G7" sammitinə çağırmaq təklifinə necə yanaşdığını soruşublar.
"Mən belə cavab verərəm: Rusiyanın bizim dörd düşmənimiz siyahısına daxil edildiyi halda niyə o, (Tramp) təkbaşına bu qərarı qəbul edir? Əslində onlar düşmən deyillər. Onlar bizim dörd düşmənimizdən biri deyillər... Elə bir vəziyyət yaranıb ki, Pentaqon dörd düşmənimizi müəyyənləşdirib: Çin, Rusiya, İran və KXDR. Bu ölkələrdən heç biri bizə indi hücum etmək niyyətində deyil", - o qeyd edib.
Pauel 2001-ci ildən 2005-ci ilədək Corc Buşun prezidentliyi dövründə dövlət katibi olub.
Tramp "G7" zirvə görüşünü sentyabra qədər təxirə salmaq niyyətində olduğunu və dörd ölkəni – Rusiya, Hindistan, Cənubi Koreya və Avstraliyanı oraya dəvət edəcəyini bildirib. Onun sözlərinə görə, "Yeddilər qrupu" tərkibcə dünyada baş verənləri dəqiq əks etdirmir.