İQTİSADİYYAT

Polislə "qaçdı-tutdu" büdcəyə xeyir verəcək

Bundan sonra epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına daxil olacaq
Sputnik

BAKI, 8 iyun — Sputnik. Karantin rejiminin pozulmasına görə cərimələr Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına daxil edilib.

Sputnik Azərbaycan bildirir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nda dəyişiklik edib.

Beləliklə, əgər indiyə qədər sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə  cərimələr Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına daxil idisə, bu sıraya karantin rejiminin pozulması da daxil edilir. Beləliklə, bundan sonra epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına daxil olacaq.