Təki toy olsun: Respublika rəhbəri elə bir addım atdı ki...

Evlənmək istəyən bəylərin ailələri 50 min rubl (730 dollar) alacaqlar. Bu məbləğ gəlin üçün başlıq pulu kimi nəzərdə tutulub.
Sputnik

BAKI, 8 iyun — Sputnik. Çeçenistanın başçısı Ramzan Kadırov koronavirus pandemiyası səbəbindən maliyyə çətinlikləri ilə üzləşmiş 207 evlənmək istəyən bəyə gəlinin başlıq pulunun verilməsi üçün vəsait ayırmağı tapşırıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, evlənmək istəyən bəylərin ailələri 50 min rubl (730 dollar) alacaqlar. Bu məbləğ gəlin üçün başlıq pulu kimi nəzərdə tutulub. Nəticədə pul qıza verilir.

Koronavirus pandemiyası səbəbindən Çeçenistanda həmçinin yeni nikah qaydaları da tətbiq olunur. Belə ki, gəlini götürmək üçün yalnız iki avtomobil gələ bilər və şənlik iştirakçıları yalnız ən yaxın qohumlardan təşkil olunmalıdır.