Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 8 iyun — Sputnik. Bərdə rayon müalicə-diaqnostika mərkəzinin baş həkimi Həsən Fərman oğlu Hüseynov tutduğu vəzifədən azad edilib. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin” (TƏBİB) mətbuat katibi Rəvanə ƏliyevaSputnik Azərbaycan-a məlumatı təsdiqləyib. O bildirib ki, baş həkim öz ərizəsilə işindən ayrılıb. Baş həkimin vəzifədən azad olunma səbəbi kimi karantin qaydalarına əməl etməməsi göstərilib.